10 İyul 2026
Dünya futbolu

Bonuççi Almaniya klubuna keçə bilər

“Union” (Berlin) Leonardo Bonuççi transferini 48 saat ərzində tamamlamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “Yuventus”un heyətində düşünmədiyi təcrübəli müdafiəçi hələ son qərarını verməyib.

Bonuççi “qoca sinyora”da 502 oyuna çıxıb və 37 qol vurub. O, 9 qat İtaliya A Seriyası çempionudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43