Futbol üzrə Azərbaycan I və II Liqasının oyunları Peşəkar Futbol Liqasının (PFL) yutub kanalı vasitəsilə canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə qurumun media və marketinq direktoru Sənan Abdullayev püşkatma zamanı məlumat verib. O bildirib ki, I Liqa ilə bağlı məsələ artıq həllini tapıb. Qurum rəsmisi II Liqada da bu yöndə problem yaşanmayacağını düşünür.
Qeyd edək ki, II Liqa sentyabrın 4-də, I Liqa isə sentyabrın 13-də başlayacaq.

