10 İyul 2026
Dünya futbolu

“Çelsi”nin müdafiəçisinin yeni klubu bəlli oldu

“Nyukasl” “Çelsi”nin müdafiəçisi Lyuis Hollu icarəyə götürdüyünü açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı ingilis 2023/24 mövsümünün sonuna kimi yeni komandası ilə müqavilə imzalayıb. Oyunçu 20 nömrəli formanı seçib.

İcarə müddəti bitdikdən sonra “Nyukasl” futbolçunun müqaviləsini almaq hüququna malik olacaq.

2022/23 mövsümündə Hall “Çelsi”nin heyətində 14 oyun keçirib və 1 qol vurub. Transfermarkt portalı onun dəyərini 10 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43