10 İyul 2026
Ölkə futbolu

“Qarabağ” azarkeşləri üçün biletlər 25 avroya satılacaq

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Olimpiya” (Sloveniya) – “Qarabağ” matçında təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (802 ədəd) oyun günü – avqustun 24-ü yerli vaxtla 18:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Stojitse” stadionunda S30 və S31 sektorlarının yaxınlığında satılacaq.

İdmanxeber.az xəbər verir ki, biletlərin qiyməti 25 avrodur. Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bilet satışını meydan sahibi “Olimpiya” klubu həyata keçirir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43