10 İyul 2026
Dünya futbolu

“Fənər”in qapıçısı “Mançester Yunayted”ə transfer olunur

Türkiyənin “Fənərbağça” klubunun qapıçısı Altay Bayındır “Mançester Yunayted”ə transfer olmaq üçün tibbi baxışdan keçir.

İdmanxeber.az “The Athletic”ə istinadən bildirir ki, “mankunianlar” qapıçının 5 milyon avroluq sərbəstqalma məbləğini İstanbul təmsilçisinə ödəməyə hazırdır.

Altay 2019-cu ildən çıxış etdiyi “bülbüllər”də 145 oyuna çıxıb və 44 oyunda qapısını qola bağlaya bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43