10 İyul 2026
Ölkə futbolu

Azərbaycan I və II Liqa oyunları canlı yayımlanacaq

Futbol üzrə Azərbaycan I və II Liqasının oyunları Peşəkar Futbol Liqasının (PFL) yutub kanalı vasitəsilə canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə qurumun media və marketinq direktoru Sənan Abdullayev püşkatma zamanı məlumat verib. O bildirib ki, I Liqa ilə bağlı məsələ artıq həllini tapıb. Qurum rəsmisi  II Liqada da bu yöndə problem yaşanmayacağını düşünür.

Qeyd edək ki, II Liqa sentyabrın 4-də, I Liqa isə sentyabrın 13-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43