11 İyul 2026
Dünya futbolu

Ərəblər daha bir tarixi transfərə hazırlaşır

Səudiyyə Ərəbistanı “Əl-İttihad”ı “Liverpul”un hücumçusu Məhəmməd Salahı transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, ərəblər 31 yaşlı futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır. “Əl-İttihad” rəhbərliyi hesab edir ki, belə bir məbləğ misirli ilə ayrılmaq istəməyən “Liverpul”un baş məşqçisi Yurgen Kloppun mövqeyini dəyişə bilər.

İngiltərə klubu bu təklifi qəbul etsə, o zaman transfer Səudiyyə liqası tarixində (bonuslar nəzərə alınmasa) ən bahalı keçid olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43