Transfer çalışmalarını davam etdirən “Kəpəz”in məşqçilər korpusu bir müddətdi düşərgədə olan Ezekiel Morqanla bağlı qərarını verib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qanalı yarımmüdafiəçi məşqçilər korpusunun etimadını qazana bilməyib. Məhz bu səbəbdən də “sarı-göylər” onunla sözləşmə imzalamayıb.
Futbolçunun meneceri Azərbaycanda ona yeni klub axtarır. Əgər bu baş tutmasa, o zaman vətəninə geri dönmək məcburiyyətində qalacaq.

