Paraqvayın “Guairena” klubunda çıxış edən Dieqo Valdes Samudio karyerasını Azərbaycanda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçinin “Neftçi” ilə anlaşdığı bildirilir. Futbolçu özü də ölkəmizə yola çıxması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
29 yaşlı oyunçunun sabah Bakıda olması gözlənilir.


