11 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubumuzun qanalı futbolçu ilə bağlı YEKUN QƏRARI

Transfer çalışmalarını davam etdirən “Kəpəz”in məşqçilər korpusu bir müddətdi düşərgədə olan Ezekiel Morqanla  bağlı qərarını verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qanalı yarımmüdafiəçi məşqçilər korpusunun etimadını qazana bilməyib. Məhz bu səbəbdən də “sarı-göylər” onunla sözləşmə imzalamayıb.

Futbolçunun meneceri Azərbaycanda ona yeni klub axtarır. Əgər bu baş tutmasa, o zaman vətəninə geri dönmək məcburiyyətində qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43