Eden Hazard karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı belçikalının xidmətində “Kristal Pelas” maraqlıdır. Londonlular futbolçunun zədə problemlərinə baxmayaraq, ona bir illik müqavilə təklif etməyə hazırdır.
“Real” iyunun əvvəlində Hazardın müqaviləsinə xitam verdiyini açıqlamışdı. O, 2022/23 mövsümündə bütün yarışlarda 10 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

