14 İyul 2026
Dünya futbolu

İngiltərə klubu “Ayaks”la anlaşdı

Məhəmməd Kudus üçün “Vest Hem” və “Ayaks” razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu bu transfer üçün 45 milyon avro ödəyəcək.
Qanalı vinger sabah tibbi baxışdan keçdikdən sonra 5 illik müqaviləyə imza atacaq.

Kudus ötən mövsüm “Ayaks”ın heyətində 42 oyuna 18 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43