16 İyul 2026
Ölkə futbolu

Suraxanıda xoşagəlməz hadisə: Polis azarkeşi təpiklədi, futbolçular müdaxilə etdi

Az öncə başa çatan “Qarabağ” – “Kəpəz” (1:1) matçından sonra xoşagəlməz hadisə baş verib.

İdmanxeber.az-ın məlumatına görə, matçın final fitindən dərhal sonra bir azyaşlı “Qarabağ” azarkeşi meydana daxil olub. Bu zaman polislərdən biri təpiklə azyaşlını yerə yıxıb. Bundan sonra öncə “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili həmin polisə öz etirazını bildirib. Daha sonra komandanın digər üzvləri və rəsmiləri həmin polisə öz kəskin etirazını bildirib.

Xəsarət alan azarkeşi Ağdam klubunun futbolçuları özləri ilə birlikdə tribunaya doğru aparıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43