16 İyul 2026
Ölkə futbolu

“Neftçi”dən qələbə, “Qarabağ” heç-heçə etdi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 4-cü tura yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Neftçi” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Adrian Mutunun yetirmələri cari mövsüm ilk qələbəsini qazanıb -2:0. Bununla da xallarının sayını 5-ə çatdıran “Neftçi” beşinci pillədə qərarlaşıb. 

Beş oyunda da məğlub olan əyalət təmsilçisi turnir cədvəlində sonuncudur.

Günün son görüşndə isə “Qarabağ” “Kəpəz”i qəbul edib. Bu oyun saat 20:45-də start götürəcək.  İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. Bu oyundan sonra Ağdam təmsilçisi 7 xalla 4-cü, Gəncə təmsilçisi isə 4 xalla 9-cudur. 

Qeyd edək ki, turun digər 3 matçı 25 və 26 avqust tarixlərində oynanılıb.

27 avqust (bazar)

18:30. “Neftçi” – “Qəbələ” 2:0

Qollar: Rəhman Hacıyev, 45+3 (1:0), Yuri Matias, 79 (2:0)

Qırmızı vərəqə: Rza Cəfərov, 70 (“Neftçi”)


Hakimlər:
 Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev

“Neftçi Arena”

20:45. “Qarabağ”– “Kəpəz” 1:1

Qollar: Juninyo, 9 (1:0), Cavad Kərimov, 86 (1:1)
Hakimlər: 
Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə

“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43