İsveç çempionatında 21-ci turun oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Musa Qurbanlının şərəfini qoruduğu “Yurqarden” doğma meydanda “Deqefors”la qarşılaşıb. Matç ev sahibinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qollardan ikisini Musa Qurbanlı vurub. O, bir qolun da assistini edib. Millimizin hücumçusu 58-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Musanın komandası 37 xalla 4-ci pillədədir. “Deqefors” isə 20 xalla 13-cü yerdə qalıb.
19:30 “Yurqorden” – “Deqefors” 4:1

