18 İyul 2026
Ölkə futbolu

PFL-dən açıqlama: Azərbaycan II Liqasının başlanma tarixi dəyişir?

2023-2024 mövsümdə yeni yaradılan Azərbaycan II Liqasının 4-5 sentyabrda başlanacağı açıqlanıb. 14 komandanın yer alacağı çempionatın startına qısa zaman qalsa da, mətbuatda və sosial şəbəkələrdə bəzi klubların hazır olmadığı bildirilir.

İddia edilir ki, komandaların heyətlərində və bölgələrdə stadionlarla bağlı problemlər olduğu üçün II Liqa əvvəlcədən nəzərdə tutulduğu tarixdə başlamaya bilər. Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:

“II Liqanın başlanma tarixi ilə bağlı heç bir problem yoxdur. Çempionat əvvəlcədən nəzərdə tutulduğu vaxtda start götürəcək. Komandalarla daimi əlaqədəyik, bütün sahələrə baxış keçirilir. Stadionlarda çəkiliş üçün internətlə bağlı məsələlər yoxlanılır. Hazırda hər şey qaydasındadır.. Çempionatın start vaxtını dəyişəcək bir problem yoxdur. Ümid edirik ki, sonradan da hər hansı bir əngəl çıxmayacaq”.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43