Futbol üzrə milli komandamızın baş məşqçisi Canni De Byazi “inter-news.it” saytına müsahibəsində deyib.
İdmanxeber.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində çətin qrupa düşdüklərini bildirib. O, belə görüşlərin inkişaf üçün yaxşı fürsət olduğunu xatırladıb:
“Azərbaycan millisi tarixi ərzində heç vaxt ardıcıl 5 qələbə qazanmamışdı, bu ilki biz həyata keçirdik. Bu, məni düzgün istiqamətdə olduğumuzu düşünməyə vadar edir. Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya və İsveçlə birlikdə inanılmaz qrupa düşmüşük. Böyümək üçün hələ çox yolumuz var. Millətlər Liqasında yaxşı çıxış etdik. Təəssüf ki, qrupda birinci yeri tuta bilmədik. Qazaxıstanla səfər oyununda qalib gəlmək üçün inanılmaz statistikamız olsa da, sonda uduzduq”.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edir.