18 İyul 2026
Ölkə futbolu

Azərbaycanda klub rəhbərliyinin ardıcıl qələbələrə verdiyi MÜKAFAT

Ardıcıl iki qələbə ilə 6 xalı aktivinə yazdıran “Səbail”in futbolçuları klub rəhbərliyi tərəfindən mukafatlandırılıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, səfərdə “Turan Tovuz” üzərində inamlı qələbə qazanan (3:1) “dənizçilər”in hər bir futbolçusu 2 min manat “premya” alıb. 

Ötən gün son çempion “Qarabağ” üzərində əldə olunan qalibiyyətin mukafatı da aşağı-yuxərı eyni olacaq.

Qeyd edək ki, “Səbail” 5 matçdan sonra 7 xalla 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43