17 İyul 2026
Dünya futbolu

“Barselona” Xavi ilə anlaşdı

“Barselona” yaxın vaxtlarda baş məşqçi Xavi ilə yeni müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssislə 2026-cı ilə qədər sözləşmə uzadılacaq. Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir.

Onun rəhbərliyi altında kataloniyalılar 2022/23 mövsümündə İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.

“Barselona” bu mövsüm La Liqada dörd turdan sonra 10 xalla üçüncüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43