Ukraynanın “Dinamo” (Kiyev) klubunun futbolçusu Kahim Perris karyerasını Azərbaycanda davam etdirəcək.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Yamayka millisinin vingeri “Sabah”la anlaşıb. Bildirilir ki, 23 yaşlı oyunçu bu mövsüm icarə əsasında paytaxt təmsilçisində çıxış edəcək.
Kiyev “Dinamo”suna 2022-ci ilin yayında Sloveniyanın “Koper” klubundan keçən Kahim Perris ötən mövsüm 15 oyunda 3 qol vurub. Sağ cinah vingerinin ukraynalılarla müqavilə müddəti 2026-cı ilə qədərdir.

