“Barselona” yaxın vaxtlarda baş məşqçi Xavi ilə yeni müqavilə imzalayacaq.
İdmanxeber.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssislə 2026-cı ilə qədər sözləşmə uzadılacaq. Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir.
Onun rəhbərliyi altında kataloniyalılar 2022/23 mövsümündə İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.
“Barselona” bu mövsüm La Liqada dörd turdan sonra 10 xalla üçüncüdür.

