“Liverpul”un baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdırmağa namizədlərdən biridir.
İdmanxeber.az ” Daily Mail” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis yığmada işləmək niyyətində deyil. O, Almaniya Futbol Federasiyasından təklif gəlsə, bunu qəbul etməyəcək.
2026-cı ilə qədər “Liverpul”la müqaviləsi olan Kloppun sözləşməsinin sonuna qədər klubda qalacağı bildirilib.
Hans Filikin qovulmasının ardından milliyə baş məşqçi axtarışında olan federasiyanın əsas namizədlərindən biri də Julian Naqelsmanndır.
Xatırladaq ki, Almaniya 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək.

