08 İyul 2026
Dünya futbolu

Messinin Amerikada milyonluq malikanəsi – FOTOLAR

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi ABŞ-da 10 milyon avrodan çox qiymətə malikanə alıb.

İdmanxeber.az “RMC Sport”a istinadən xəbər verir, ev Floridanın cənubundakı şərq sahilində kurort şəhəri olan Fort Lauderdeyldə yerləşir.

Messinin malikanəsi klubun məşq mərkəzi və stadionunun yaxınlığında yerləşir.

36 yaşlı argentinalı yay transfer pəncərəsində “İnter Mayami” ilə müqavilə imzalayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43