30 Noyabr 2024
Dünya futbolu

“Məni tənqid edirsə, sözlərini ürəkdən qəbul edirəm”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandanın baş məşqçisi Xavi Ernandeslə münasibətindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı qapıçı baş məşçqi ilə aralarından heç bir problemin olmadığı bildirib:

“2015-ci ildə Xavi klubdan ayrılanda biz əlaqə saxlamağa davam etdik. Bizim xüsusi münasibətimiz var. Məni tənqid edirsə, sözlərini ürəkdən qəbul edirəm. Şəxsi və iş anlarını necə ayırmağı bilirəm. Almanların xarakterində bu var”.

Qapıçı 9 mövsümdür komandada çıxış edir. Bu müddət ərzində 31 yaşlı almaniyalı 379 rəsmi oyuna çıxıb və 368 qol buraxıb. Bu ilin avqustunda o, “Barsa” ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43