10 İyul 2026
Ölkə futbolu

Riad Rəfiyevin “Sumqayıt”ı dövlətin pulunu necə dağıdır?

Yay transfer pəncərəsində heyətinə ən çox legioner cəlb edən komandalardan biri də “Sumqayıt” oldu. “Gənclik şəhəri” təmsilçisi ümumilikdə 8 əcnəbi futbolçu keçidini rəsmiləşdirdi.

Lakin edilən transferlərin bir neçəsi onlardan gözlənilənin altında çıxış edir. Bunlardan biri də Tresor Mossidi. Burundi millisində də çıxış edən futbolçu geridə qalan 6 turda (“Sabah”la oyun təxirə salınıb) cəmi 3 dəfə meydana çıxmaq şansı əldə edib. Yarımmüdafiəçi ən çox 19 dəqiqə meydanda qalıb ki, futbolçunun çıxışı məşqçilər korpusunu qane etməyib və bundan sonra o, ümumiyyətlə meydana çıxmayıb desək yanılmarıq.

“Sumqayıt”ın uğursuz transferi yalnız “Qəbələ” ilə 3-cü turun matçında 19 dəqiqə meydanda olub. Futbolçu daha sonra baş tutan son 3 oyunda 1 dəfə – “Neftçi” ilə matçda 90-cı dəqiqədə meydana buraxılıb. 

Gəldiyi gündən ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilən Mossinin transferini ilk 6 tura əsasən uğursuz hesab etmək olar. Dövlətin kluba ayırdığı puldan ayda minimum 10 min manatı cibinə qoyan Mossi kimi lazımsız legioner transferlərdənsə, bu vəsaiti uşaq futboluna yönəltmək olardı. Ancaq görünən odur ki, Riad Rəfiyevin rəhbərlik etdiyi “Sumqayıt” dövlətin ölkə futbolunun inkişafı üçün ayırdığı vəsaiti göyə sovurmaqla məşğuldur.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43