Azərbaycan II Liqasında çıxış edən “Şəki Siti” komandası sponsor axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, artıq yerli iş adamlarından biri kluba dəstək olmağa qərar verib. Belə ki, biznesmen Şəki şəhər stadionunun yaxınlığında yerləşən oteli komandanın ixtiyarına verib.
Heyət mövsüm başlayandan həmin oteldə məskunlaşır.
Xatırladaq ki, bölgə təmsilçisi geridə qalan 3 turdan sonra maksimum xal toplayaraq turnir cədvəlində liderdir.


