UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Molde” oyununa bilet satışları davam edir.
Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyevin İdmanxeber.az saytına verdiyi məlumata görə, qarşılaşmaya 19 min bilet satılıb. Matç gününə qədər bu rəqəmin artacağı bildirilir.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq matç saat 20:45-də başlayacaq.

