“Barselona” Alexandro Baldenin müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı sol cinah müdafiəçisi ilə olan yeni sözləşmənin müddəti 2028-ci ilə qədərdi.
Balde artıq 2 mövsümdür əsas komandada oynayır. O, “blauqrana”da 56 oyuna 1 qol vurub və 7 məhsuldar ötürmə edib.

