“Ayaks” idman direktoru Sven Mislintatın vəzifəsinə son verib.
İdmanxeber.az-ın məlumatına görə, mövsümə yaxşı başlamayan Amsterdam klubu əsas günahkar kimi transferlərdən məsul şəxs olan Mislintatı görüb.
50 yaşlı almaniyalı mütəxəssis daha öncə “Borussiya” (Dortmund), “Arsenal” və “Ştutqart” kimi klublarda da çalışıb.

