16 İyul 2026
Ölkə futbolu

PFL “Qarabağ” – “Sumqayıt” oyununun yerini dəyişdi

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun yerini dəyişib.

İdmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda deyil, “Azərsun Arena”da baş tutacaq.

Belə ki, “Qarabağ” rəhbərliyi mərkəzi arenada təmir-bərpa işləri ilə əlaqədar qarşılaşmanın “Azərsun Arena”da təşkili ilə bağlı müraciət edib.

Respublika stadionunda aparılan işləri, həmçinin “Azərsun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt” oyununun orada keçirilməsini qərara alıb.

Sentyabrın 29-da reallaşacaq görüş saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43