16 İyul 2026
Ölkə futbolu

Gəncəli futbolsevərlər üçün ŞAD XƏBƏR – Klub başçısı da təsdiqlədi (ÖZƏL)

Gəncə şəhər stadionunun söküntüsünə start verilir.

İdmanxeber.az-a verilən özəl məlumata görə, “Kəpəz”in ən böyük problemlərindən biri öz həllini tapmaq üzrədir. Artıq iki həftə sonra Gəncə şəhər stadionunun söküntüsünə başlanılır. Arena Gənclər və İdman Nazirliyinin balansında olduğu üçün işlərə nazirlik özü nəzarət edəcək.

Əldə etdiyimiz digər məlumata görə isə ölkənin ikinci böyük şəhərində müasir standartlara cavab verən stadion tikiləcək. Yeni arenanın azarkeş tutumu təxminən 16 min olacaq. Məsələ ilə bağlı “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri ilə əlaqə saxladıq. Klub rəhbəri saytımıza verdiyi açıqlamada xəbərimizi təkzib etmədi:

“Bu yöndə işlər gedir. Çalışırıq ki, hər şey Gəncə adına gözəl olsun. Biz də klub rəhbərliyi olaraq bu istiqamətdə işlərimizi tam sürətlə davam etdiririk. Gəncə üçün nəsə gec ola bilər, amma əmin olun ki, hər şeyin ən yaxşısı burda olur. Bu gün sponsor yoxdu, yaxşı stadion yoxdu, ancaq bir gün hamısı olacaq. Özü də ən qısa zamanda”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43