İsveçin “Yurqorden” klubunun kapitanı Maqnus Eriksson komanda yoldaşı Musa Qurbanlı barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi azərbaycanlı hücumçudan çox şey gözlədiklərini bildirib:
“Musa Qurbanlı burada qollar vurmağa hazırdır. O, son dərəcə iddialıdır, həmişə daha yaxşı olmaq istəyir. Onu ən yaxşı vəziyyətə gətirmək bizim üçün vacibdir. O, yüksəlişəmeyilli futbolçudur. Sadəcə, milli komandanın oyunları zamanı uzaq yol qət etdi, yorğunluq oldu. Artıq bir həftədən çoxdur ki, bizimlədir”.
Musa Qurbanlı bu mövsüm “Yurqorden”in heyətində İsveç çempionatında keçirdiyi 7 oyunda 2 qol vurub.

