16 İyul 2026
Dünya futbolu

Ramil yenə fərqləndi, komandası qələbə qazandı

Millimizin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda 5-ci tur çərçivəsində səfərdə “Police Tero”nun qonağı olub. Oyun Şeydayevin komandasının qələbəsi ilə yekunlaşıb – 2:1.

Ramil bu matçda start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. O, ikinci qolun məhsuldar ötürməsini edib.

“Buriram Yunayted” 5 turdan sonra 13 xalla birinci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43