“Napoli” baş məşqçi postunda dəyişiklik edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Neapol klubu Rudi Qarsiyanı göndərib yerinə İqor Tudoru gətirmək istəyir.
Son çempion ilk 5 oyunda yalnız 2 qələbə qazana bilib.
Ötən mövsüm “Marsel”i çalışdıran Tudor Fransa klubunu Çempionlar Liqasının təsnifat mərhələsinə aparmağı bacarmışdı.

