18 İyul 2026
Ölkə futbolu

Bölgə klubunun oyunu digərlərindən fərqləndi

Azərbaycan II Liqasında 4-cü turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, turu stadionlardan ümumilikdə 350 azarkeş izləyib. Tərəfdarların ən çox maraq göstərdiyi oyun Ağdaşda baş tutub. Yerli komandanın “Lerik”lə görüşünə 150 azarkeş gəlib. Digər matçlardakı azarkeş sayısı belədir:

Azərbaycan, II Liqa – IV

“Qusar” – “Göygöl” – (1:1 – 20)

“Şəfa” – “Şəmkir” – (3:2- 30)

“Kür Araz” – “Kürmük Qax” – (6:3 – 40)

“Şahdağ Qusar” – “Cəbrayıl” – (0:0 – 50)

“Baku Sportinq” – “Şəki Siti” – (1:0 – 60)

“Ağdaş” – “Lerik” – (0:0 – 150)

Xatırladaq ki, tura sabah keçiriləcək “Dinamo” – “Füzuli” görüşü ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43