Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) dünyanın 69 liqasında rəqiblərinə qarşı ən dominant oyun göstərən komandaların adlarını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, reytinq 4 oyun hərəkəti – qapıya zərbə, rəqibin cərimə meydanı həndəvərindən zərbə, dəqiq ötürmə və meydanın rəqibə aid hissəsindəki dəqiq ötürmələr üzərində formalaşdırılıb.
Klublarımızdan ən yaxşı göstəriciyə malik olan “Qarabağ”dır. Qurban Qurbanovun komandası Misli Premyer Liqasının ilk 6 turunda 1,88 reytinq xalı toplayıb.
Ağdam təmsilçisi sözügedən göstəricilərdə dünyanın ən yaxşı 39-cu komandasıdır.

