İtaliyalı mütəxəssis Cennaro Qattuzo tezliklə “Marsel”in baş məşqçisi olacaq
İdmanxeber.az-ın məlumatına görə, gənc çalışdırıcı həftənin sonunda ilk məşqinə çıxacaq. Sentyabrın 20-də “Marsel” Marselinonun komandanın baş məşqçisi postundan getdiyini açıqlayıb. O, bu yaydan komandanı çalışdırırdı.
Qattuzo hazırda işsizdir. Son klubu 2022-ci ilin iyulundan 2023-cü ilin yanvarına kimi çalışdığı “Valensiya” olub.
İtaliyalı daha əvvəl “Napoli”, “Milan”, “Piza”, “Palermo”, “Sion” və OFİ-ni çalışdırıb.

