24 İyul 2026
Dünya futbolu

Diniyev oynadı, komandası uduzdu

Türkiyənin 1-ci liqasında 7-ci turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyespor” evdə “Bandırmaspor”a 0:1 hesabıyla uduzub.

Coşqun meydana start heyətdə çıxıb və sonadək oynayıb. 

Qeyd edək ki, “Ümraniyəspor” hazırda 2 xalla sonuncu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43