“Əl-İttihad”ın yeni baş məşqçisi Marselo Qalyardo olacaq.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis Səudiyyə Ərəbistanında illik 20-25 milyon avro arası qazanacaq. Bu məvaciblə o, dünyada ən çox qazanan məşqçi olacaq.
Qalyarda 2014-2022-ci illər arasında “River Pleyt”də çalışıb. 47 yaşlı mütəxəssis Argentina klubuna 2 dəfə Libertadores kubokunu qazandırıb.

