İlkay Gündoğan “Barselona”nı tərk etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı yarımmüdafiəçinin agenti oyunçusunun “Qalatasaray”a gedəcəyi barədə xəbərləri yalanlayıb.
İlkay bu yay azad agent kimi Katalon klubuna keçib. 33 yaşlı oyunçu bu mövsüm 17 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

