Nüfuzlu “FourFourTwo” jurnalı 2000-ci illərin ən yaxşı yarımmüdafiəçilərini sıralayıb.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda birinci yerdə “Mançester Yunayted”in və “Real”ın sabiq futbolçusu Kristiano Ronaldo qərarlaşıb. Reytinqdə fransalı Zinəddin Zidan ikinci, braziliyalı Kaka isə üçüncü yerdədir.
İlk “20-liy”ə həmçinin Xavi, Pirlo, İnyesta, Fiqo, Nedved, Deko, Lempard, Cerrard, Buskets, Ballak, Skouls, Fabreqas, Qattuzo, Giqqs, Mendieta, Bekhem, Robben daxil olub.
38 yaşlı Ronaldo hazırda “Əl-Nəsr” klubunda Səudiyyə Ərəbistanı çempionatında çıxış edir.
O, bundan əvvəl millinin AVRO-2024-ün seçmə turnirindəki çıxışını dəyərləndirib.