“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola müdafiəçisi Manuel Akanlji haqda fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, isveçrəli futbolçu barədə bunları deyib:
“Hamıdeyir ki, “Mançester Siti” necə bir transfer edib? O, müdafiəçi, mərkəz müdafiəçisi və yarımmüdafiəçi mövqelərini əhatə edə bilər. Üçnücü mövqedə olanda ötürmələr də edə bilər. O, sürətli və güclüdür”.
Akanji “Mançester Siti”yə 2022-ci ildə “Borussiya”dan keçib. 2023/24 mövsümündə İsveçrə millisinin 28 yaşlı müdafiəçisi “şəhərlilər”in heyətində bütün yarışlarda 15 oyun keçirib, 3 qol vurub.