Misir və “Liverpul”un hücumçusu Muhamməd Salah birlikdə oynamaq istədiyi 3 futbolçunun adını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, forvard Kristiano Ronaldo, Lionel Messi və Kevin De Bruynenin adını açıqlayıb. Premyer Liqanın bu mövsümündə 31 yaşlı misirli 13 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Transfermarkt portalı onun dəyərini 65 milyon avro qiymətləndirir.