“Turan Tovuz” Azərbaycan Premyer Liqası XV turu çərçivəsində keçiriləcək “Sumqayıt” oyununun hazırlıqlarını itkilərlə davam edir
İdmanxeber.az-a verilən məlumata görə, Şəhriyar Əliyev, Slavik Alxasov və Marakvelidze Piruzinin zədələri hələ də tam sağalmayıb. Gürcüstanlı oyunçunun bu görüşdə də olmayacağı dəqiqdir.
Ancaq Şəhriyarla Alxasovun son durumu oyun günü bəlli olacaq. Futbolçuların “Sumqayıt” maçtında forma geyinmə ehtimalı var.
“Turan Tovuz” dekabrın 2-də, evdə “kimyaçılar”la üz-üzə gələcək.