18 Oktyabr 2024
Dünya futbolu

Argentinalı baş məşqçi “Lion”u çalışdıra bilər

“Lion”un yeni baş məşqçisi olmağa əsas namizəd Xorxe Sampaolidir.

İdmanxeber.az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis son olaraq “Flamenqo”da çalışıb. Argentinalı Braziliya klubunda cəmi 5 ay işləyə bilib.

Sampaoli daha öncə Fransada “Marsel”i çalışdırıb. Onun ən böyük uğuru Çili millisiylə 2015-ci ildə keçirilən Kopa Amerikanı qazanmaq olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43