18 Oktyabr 2024
Ölkə futbolu

Rövnəq Abdullayev millinin bu uğuruna biganə qalmayacaq

Qadın futbolçulardan ibarət millimiz qrupdakı son görüşündə Farer adalarını 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-a verilən məlumata görə, AFFA rəhbəri Rövnəq Abdullayev yığmanın uğurlu çıxışına biganə qalmayacaq. Belə ki, hazırda ölkədə olmayan qurum rəhbəri Azərbaycana dönən kimi milli üzvlərini qəbul edəcək və onlara təbriklərini çatdıracaq.

Bununla yanaşı, qızlarımızın uğurlu çıxışlarına görə yaxşı mükafat alacaqları da bildirilir.

Xatırladaq ki, komandamız C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub. Millimiz ötən turda liderliyi təmin edərək B Liqasına yüksəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43