19 Oktyabr 2024
Dünya futbolu

“Yuventus”un transfer planı bəlli oldu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” futbolçunun xidmətində maraqlıdır. Lakin Sanço qısa siyahıda ikincidir. Turin təmsilçisi “Sassuolo”dan Domeniko Berardini də heyətinə qatmağı düşünür.

“Yuventus” A Seriyasına uyğunlaşdığı üçün ona üstünlük verir. Bundan əlavə, 29 yaşlı italiyalının müqavilə şərtlərini daha asan razılaşdıracağı gözlənilir.

Bu mövsüm Berardi “Sassuolo”nun heyətində 13 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43