19 Oktyabr 2024
Dünya futbolu

“Hakken”i Bakıda bu qədər azarkeş dəstəkləyəcək

“Qarabağ” UEFA Avropa Liqası qrup mərhələsinin sonuncu turunda “Hakken”i qəbul edəcək.

İdmanxeber.az-a verilən məlumata görə, qonaq komanda bu görüşdə tək qalmayacaq. Belə ki, sözügedən qarşılaşmada komandasına dəstək olmaq üçün İsveçdən 10 azarkeş Bakıya gələcək.

Xatırladaq ki, “Qarabağ” – “Hakken” matçı dekabrın 14-də, saat 21:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43