19 Oktyabr 2024
Ölkə futbolu

“Hücumçunun işi qol vurmaqdır, biz bunu reallaşdıra bilmirik”

“Neftçi”nin futbolçusu Lukas Melano mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı argentinalı hücumçu zəif çıxışını gec uyğunlaşmaqla əlaqələndirib:

“Nə özümün, nə də digər hücumçularımızın performansından razıyam. Hücumçunun işi qol vurmaqdır, biz bunu reallaşdıra bilmirik. Komandaya qoşulduqdan sonra uyğunlaşma dönəmi keçirməyə başladım. Bir neçə həftə oynamadım, son matçlarda iştirak etdim. Hələ ki qol vurmasam da, qarşıdakı görüşlərdə bunu həyata keçirməyə çalışacağam.

30 yaşlı argentinalı hücumçu bura gəlməmişdən əvvəl Azərbaycan futbolu barədə az məlumata malik olduğunu bildirib: “Azərbaycana gəlməmişdən əvvəl ölkə haqqında məlumatım yox idi. Çempionat barədə az bilgim var idi. Bir neçə tanış həmyerlim burada çıxış edib. Azərbaycana gəldikdən sonra buranın mədəniyyəti ilə maraqlanıram, tanış oluram”.

O, Azərbaycana gəldiyi ilk günlərdə təəccübləndiyini gizlətməyib: “Azərbaycanda insanların əcnəbilərə yanaşması məni təəccübləndirdi. Dil maneəsinə baxmayaraq, insanlar kömək etməyə çalışırlar. Bakını gəzmişəm, çox bəyənirəm. Daddığım yeməklərdən dolmanı bəyənmişəm. Ümumilikdə bura çox xoşuma gəlir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43