Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
İdmaxeber.az-ın məlumatına görə, günün ilk matçında “Sabah” “Səbail”i qəbul edib. Görüş ev sahibinin qələbəsi ilə baş çatıb -4:0.
Bu nəticənin ardından meydan sahibləri 22 xalla 6-cı, qonaqlar isə 23 xalla 4-cü pillədə qərarlaşıb.
Tura “Neftçi” – “Turan Tovuz” görüşü ilə yekun vurulub. Qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə başa çatıb – 3:2. Paytaxt klubu bu qalibiyyətlə 25 xalla 3-cü, bölgə təmsilçisi 16 xalla 8-ci sıradadır.
Azərbaycan Premyer Liqası
XVI tur
15:00. “Sabah” – “Səbail” 4:0
Qollar: Sofian Çakla, 7, 21, Cesse Sekidika, 28, Vinsent Til, 59
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”
18:00. “Neftçi” – “Turan Tovuz” 3:2
Qollar: Filip Ozobiç, 5 (1:0), Roderik Miller, 8 (1:1), Rəhman Hacıyev, 56 (2:1), Otto Con, 59 (2:2), Aaron Olanare, 73 (3:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi Arena”